Your search results

İstifadəçi Qaydaları

Bu xidmət şərtləri VR360AZ MMC-nin layihəsi olan Rev.Az portalında hər kəsə açıq olan xidmətlərə şamil olunur. Bu hər hansı formada giriş edən istənilən istifadəçi bu xidmət şərtlərini qəbul etmiş sayılır. Portaldan istifadə edərkən siz 18 yaşında olduğunuzu və bununla da, qanuni müqavilə şərtlərinə tabe olduğunuzu təsdiq edirsiniz. Bundan əlavə Rev.Az portalının rəqiblərindən birinin təmsilçisi olmadığınızı qəbul etmiş olursunuz. Bu xidmət şərtləri ilə razılaşmırsınızsa, sayta daxil olmağınız qadağandır və girişi dərhal dayandırmalısınız. Siz sayta daxil olaraq Məxfilik Siyasəti müqaviləsində göstərildiyi kimi müəyyən məlumatların toplanmasına və istifadəsinə razılıq verirsiniz.

Rev.Az reklam və məlumat portalıdır

Bu portal əmlak axtaranlar, əmlak sahibləri, əmlak agentlikləri və vasitəçilər üçün axtarış və məlumat xidmətidir. Rev.Az əmlak sahibi, kirayəçi, əmlak agentliyi deyil.

 

Saytdakı məlumatlar

Bu saytda mövcud olan bütün məlumatlar (toplu olaraq Materiallar) müəllif hüquqları və digər əqli mülkiyyət qanunları ilə qorunur. Bütün məlumatlar Rev.Az portalına və VR360AZ MMC-yə məxsusdur. Saytda əks olunan materialları, başqa bir məqsədlə kopyalamaq, çoxaltmaq, satmaq, lisenziyalaşdırmaq, yayımlamaq, yaymaq, dəyişdirmək qadağandır. Saytda dərc olunan materialları şəxsi və qeyri kommersiya maraqları xaricində istifadə üçün istəklərinizi İzzət Nəbiyev 44A ünvanında yerləşən VR360AZ MMC-yə bildirə bilərsiniz.

Üçüncü tərəf saytlar

Sayta daxil olduğunuz müddətdə, müəyyənsayt xüsusiyyətlərini və funksionallığını yerinə yetirmək üçün üçüncü tərəf veb saytlara yönləndirilə bilərsiniz. Üçüncü tərəf veb saytları ziyarət etdiyinizdə, həmin saytın məxfilik siyasətinə və varsa xidmət şərtlərinə tabe olduğunuzu qəbul edirsiniz. Üçüncü tərəf saytlara keçid edərkən Rev.Az portalından çıxmış olursunuz və üçüncü tərəf saytlarla hər hansı bir məlumat mübadiləsi ilə bağlı heç bir məsuliyyət daşımadığınızla razılaşırsınız. Rev.Az bu cür üçüncü tərəf veb saytları dəstəkləmir və zəmanət vermir. Bu cür saytlarda təqdim olunan hər hansı bir tövsiyyə, məzmun, məlumat, təcrübə, məhsul və ya xidmətlər üçün heç bir məsuliyyət daşımır.

Compare Listings